Lamin Yamal bu il də ən yaxşı gənc futbolçu seçildi

18:40 İspaniya 86
Lamin Yamal bu il də ən yaxşı gənc futbolçu seçildi

İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamal ilin ən yaxşı gənc futbolçusu adına layiq görülüb.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı futbolçu bu mükafata Londonda keçirilən “Qızıl top” mərasimində sahib çıxıb.

O, ötən il də bu ada layiq görülmüşdü.

Bu il “Qızıl top” mükafatlandırma mərasimi ilk dəfə Fransadan kənarda təşkil olunur. Tədbirin Londonda keçirilməsi 1956-cı ildə mükafatın ilk qalibi olmuş İngiltərə futbolçusu Stenli Metyuzla əlaqələndirilir.

Mərasim çərçivəsində ötən mövsümün nəticələrinə əsasən kişi və qadın futbolunda ilin ən yaxşı oyunçuları, baş məşqçiləri, qapıçıları və klubları da müəyyənləşdirilir.

“Qızıl top” mükafatı hər il “France Football” jurnalı tərəfindən təqdim olunur. Mükafatın son sahibi PSJ-nin hücumçusu Usman Dembeledir.

Digər Xəbərlər
Xəbər Lenti