Yığmanın müvəqqəti baş məşqçisi: “Bu şansları öz xeyrimizə dəyişmək istəyirik”

08:40 Futzal 100
Yığmanın müvəqqəti baş məşqçisi: “Bu şansları öz xeyrimizə dəyişmək istəyirik”

Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsindəki bütün oyunlarda qələbə üçün mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında komandanın baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra edən Elvin Quliyev deyib.

O, maksimum nəticə üçün çalışacaqlarını bildirib:

"Rəqiblərimiz hər nə qədər favorit görünsələr də, bütün oyunlara qələbə üçün çıxacağıq və maksimum çalışacağıq ki, qrup mərhələsini keçək.

Qrupumuzda yer alan Çexiya və Latviya milliləri son Avropa çempionatının əsas mərhələsində iştirak ediblər. Hər ikisi futzal ölkəsidir və yaxşı kollektivlərdir. Şanslara gəlincə, biz bu şansları öz xeyrimizə dəyişmək istəyirik".

Mütəxəssis heyətdə ciddi itki olmadığını vurğulayıb:

"Zədəli oyunçumuz yoxdur. Mikrozədələr olsa da, ciddi zədəsi olan futbolçumuz yoxdur".

E.Quliyev komandanın hazırlıq prosesi haqqında da məlumat verib:

"Sentyabrdan yığışmışıq. Birinci mərhələdə fiziki, ikinci mərhələdə texniki-taktiki, üçüncü mərhələdə isə rəqibə qarşı hazırlıq məşqləri keçmişik. Hazırda komandanın vəziyyəti yaxşıdır".

Çexiya – Azərbaycan matçı oktyabrın 16-da, Bakı vaxtı ilə saat 22:00-da Çexiyanın Fridek-Mistek şəhərindəki "Hala Polarka" idman arenasında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM