Türkiyədən qayıdan millinin sabiq müdafiəçisinin yeni iş yerində maaşı nə qədərdir?

14:00 I Divizion 224
Türkiyədən qayıdan millinin sabiq müdafiəçisinin yeni iş yerində maaşı nə qədərdir?

Azərbaycan millisinin formasının geyinmiş Sertan Taşkının yeni qazancı müəyyənləşib.

“Səbail”lə müqavilə bağlamış müdafiəçi hər ay 5000 manat əməkhaqqı alacaq.

Son olaraq Türkiyədə “Serikspor”un şərəfini qorumuş sol cinah oyunçusu I Liqa mənsubu ilə 1+1 illik sözləşmə imzalayıb.

Razılaşmaya əsasən, “Səbail“ gələn mövsüm Premyer Liqaya vəsiqə qazanarsa, onunla kontrakt avtomatik uzadılacaq, maaşı artırılacaq.

Karyerası ərzində “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Turan Tovuz” və “Manisa”da (Türkiyə) çıxış etmiş 28 yaşlı Taşkın Azərbaycan Premyer Liqasında ümumilikdə 193 qarşılaşmada özünü göstərib, 13 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti