“Qarabağ”dan bildirildi: “Danışdıq, şikayət etməyəcəyik"

03:00 Qarabağ 79
“Qarabağ”dan bildirildi: “Danışdıq, şikayət etməyəcəyik"

"Qarabağ" əvəzedicilərdən ibarət komandanın məşqçisi Muarem Zekirin 4 oyunluq cəzalanmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Klub həmin hadisəyə görə Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcəyini diqqətə çatdırıb:

"Biz məşqçilərimizlə danışdıq. Onlar bildirdilər ki, orada hansısa təhqirdən istifadə olunmayıb.

Sadəcə, hakimlər fərqli formada qəbul ediblər. Buna baxmayaraq, bu mövzu ilə bağlı şikayət etməyəcəyik".

AFFA İntizam Komitəsi "Qarabağ-2"nin məşqçisi Muarem Zekiri "Zirə-2" ilə oyunun 68-ci dəqiqəsində hakimi təhqir etdiyini əsas göstərərək 4 oyunluq cəzalandırıb. Kluba isə buna görə 1000 manat cərimə kəsilib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM