“Kəpəz” 8 aylıq yeni tərəfdaşlıq müqaviləsi imzaladı

17:20 Kəpəz 87
“Kəpəz” 8 aylıq yeni tərəfdaşlıq müqaviləsi imzaladı

“Kəpəz” PFK və DNK İstanbul Hospital arasında tərəfdaşlıq müqaviləsi bağlanılıb.

Sportinfo.az xəbər verir ki, razılaşmaya görə, DNK İstanbul Hospitalda klubun əsas və əvəzedicilərdən ibarət komandalarının futbolçularına müayinə, müalicə, tibbi baxış və digər xidmətlər göstəriləcək.

Bunun qarşılığında “Kəpəz”in oyun formasının sol qolunda DNK İstanbul Hospital brendinin loqosu əksini tapacaq.

Eyni zamanda, “sarı-göylər”in Gəncə Şəhər Stadionunda keçirəcəyi ev oyunlarında meydançanın perimetri boyu LED monitorlarda yeni tərəfdaşa aid videoçarx nümayiş oluncaq.

Müqavilənin müddəti 31 may 2027-ci ilədək nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti