Azərbaycan millisinin və "Şamaxı"nın yarımmüdafiəçisi Edqar Adilxanov diqqət mərkəzindədir.
21 yaşlı gəncin karyerasını Belçikada davam etdirmək imkanı var.
Belə ki, "Genk" onu yaxından izləməkdədir.
Qarşı tərəf bu barədə "Şamaxı" rəhbərliyini məlumatlandırıb. Avropa klubu qarşıdakı 6 ay ərzində orta sahə oyunçusunu nəzarətdə saxlayacaqlarını diqqətə çatdırıblar.
"Genk" Adilxanovun transferi üçün 2 milyon avro civarında ödəniş etməyə hazırdır? Bu barədə sosial şəbəkələrdə yayılan xəbərlərin əsli bir qədər fərqlidir.
Əslində, "Şamaxı"nın müəyyənləşdirdiyi satış qiymətidir.
"Şirlər" 4 ildən artıqdır etimad göstərdiyi Ədilxanovu təqribən bu qiymətə satmağı arzulayır. Çünki onun müqaviləsinin bitməsinə 2 ilə yaxın vaxt qalıb.
SPORTİNFO.AZ

