“Sabah” yenidən dəyişir, bu modelə keçir

17:40 Sabah 176
“Sabah” yenidən dəyişir, bu modelə keçir

“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində “Slaviya” ilə ev oyununun statistikası açıqlanıb.

Azərbaycan çempionu 2:0 hesablı qələbə qazansa da, rəqəmlər heç də bu üstünlüyü təsdiqləmir.

Ümumi mənzərəyə baxdıqda etiraf etmək lazımdır ki, “Slaviya”nın heç də “Sabah”dan zəif çıxış etmədiyi görünür.

Çexiyalılar hətta qapıya zərbə və ötürmə sayında Azərbaycan çempionunu qabaqlayıb.

“Sabah”ın qapıçısı Stas Pokatilovun aktivində 6 seyv olubsa, onun Praqa klubundakı həmkarı 2 dəfə məyus olduğu matçda 4 dəfə komandasını qoldan xilas edib.

“Sabah” – “Slaviya”
Qollar – 2:0
Zərbələr – 13:17
“Çərçivə”yə zərbələr – 6:6
“Çərçivə”yə düşməyən zərbələr – 4:5
Bloklanan zərbələr – 3:6
Künc zərbələri – 3:6
Oyundankənar vəziyyət – 2:4
Topa sahibolma faizi – 50:50
Ötürmələr – 334:397
Dəqiq ötürmələr – 258:328
Ötürmələrin dəqiqlik faizi – 77:83
Qapıçı seyvi – 6:4
Sarı vərəqələr – 3:2
Cərimə zərbələri – 15:14

Qarşılaşmanın statistik göstəricilərinə əsasən, “Slaviya” topa sahibolmada və zərbələrin sayında üstün olsa da, bu üstünlüyü qola çevirə bilmədi.

“Sabah”ın qələbəsi göstərdi ki, topa daha çox sahib olmaq həmişə qalib gəlmək demək deyil.

Əsas məsələ hücumların keyfiyyəti, cərimə meydançasında düzgün qərarvermə və yaradılan imkanlardan səmərəli istifadədir.

“Slaviya” rəqibə vaxt və məkan verməməyə, yüksək pressinqlə topu geri qaytarmağa və oyunun tempini yüksəltməyə çalışır.

Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” isə rəqibin təzyiqinə qarşı daha ölçülü yanaşma nümayiş etdirərək müdafiə təşkilatını qorumağa və uyğun anlarda sürətli hücumlara keçməyə üstünlük verdi.

Rəqib pressinqə çoxlu futbolçu cəlb etdikdə onun arxasında boş zonalar yaranır.

“Sabah” həmin imkanlardan yararlanaraq, iki qol vurdu və taktiki planının effektivliyini göstərdi.

Bununla belə, bir qarşılaşma əsasında komandanın bütün mövsüm ərzindəki potensialı barədə yekun hökm vermək düzgün olmazdı. Əsas sınaq bu oyun modelinin növbəti rəqiblərə qarşı nə dərəcədə davamlı olacağıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti