Premyer Liqa, I Liqa, II Liqa və Super Liqada çıxış edən klublar üçün...

07:30 Hadisə 120
Premyer Liqa, I Liqa, II Liqa və Super Liqada çıxış edən klublar üçün...

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində 2027/2028 lisenziyalaşdırma mövsümünə həsr olunmuş açılış iclası keçirilib.

Sportinfo.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda AFFA-nın əməkdaşları, Misli Premyer Liqası, I və II Liqa, eləcə də Qadınlar Super Liqasında çıxış edən klubların nümayəndələri iştirak ediblər.

Lisenziya və Qeydiyyat departamentinin rəisi Seymur Səlimli iclası açaraq klublara yeni lisenziyalaşdırma mövsümündə uğurlar arzulayıb.

İclasda ötən mövsümün icmalı, Lisenziya və Qeydiyyat departamentinin yenilənmiş təşkilati strukturu, rəsmi sənədlərdə və lisenziyalaşdırma qaydalarında edilən dəyişikliklər, həmçinin klubların növbəti mərhələdə atmalı olduqları addımlarla bağlı təqdimatlar keçirilib.

Tədbirin sonunda klub nümayəndələrinin sualları cavablandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM