11 qurtarış edən “Sabah”ın qapıçısı Çempionlar Liqasının “TOP-5”də

13:20 Sabah 123
11 qurtarış edən “Sabah”ın qapıçısı Çempionlar Liqasının “TOP-5”də

“Sabah”ın qapıçısı Stas Pokatilov Çempionlar Liqasının Liqa mərhələsində ən çox qurtarış edən qapıçılar arasında ilk beşlikdə yer alıb.

Sportinfo.az xəbər verir ki, Qazaxıstan millisinin KİPERİ ilk 2 turdan sonra turnirdə indiyədək 11 qurtarış edib.

O, bu göstəricidə Madrid “Real”ının qapıçısı Tibo Kurtua ilə 4-5-ci yerləri bölüşür.

Siyahıya 14 qurtarışla “Brügge”nin qapıçısı Yan Sommer və Bratislava “Slovan”ının qolkiperi Dominik Takaç başçılıq edirlər.

Üçüncü pillədə isə 12 qurtarışla “Portu”nun qapıçısı Dioqu Koşta qərarlaşıb.

6-7-ci yerləri tutan Matfey Safonov (PSJ) və Zayon Zudzuki (“Aston Villa”) də 11 seyv edib.

Digər Xəbərlər
Xəbər Lenti