“Het-trik etmək üçün penaltini mən vurmaq istəyirdim"

“Het-trik etmək üçün penaltini mən vurmaq istəyirdim"

“Aston Villa”nın hücumçusu Nikolas Cekson Çempionlar Liqasının liqa mərhələsində “Fənərbaxça”ya qarşı keçirilən oyundan (6:0) sonra fikirlərini bölüşüb.

Seneqallı qarşılaşmada iki qol vurub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Cekson het-trik etmək istədiyini, lakin komandanın qaydalarına hörmətlə yanaşdığını bildirib:

“Het-trik etmək üçün penaltini mən vurmaq istəyirdim, lakin komandanın öz qaydaları var. Bu, tamamilə normaldır, kollektiv maraqlar hər şeydən üstündür”.

25 yaşlı hücumçu bu ilin yayında 55 milyon avroya “Çelsi”dən “Aston Villa”ya keçib.

Digər Xəbərlər
Xəbər Lenti