Üç qapıçıdan birini transfer etmək istəyir - “Real”

00:10 İspaniya 108
Üç qapıçıdan birini transfer etmək istəyir - “Real”

“Real” yeni qapıçı axtarışındadır. Komandanın əsas qolkiperi hazırda 34 yaşlı Tibo Kurtuadır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Madrid təmsilçisinin namizədlər siyahısında “Arsenal”ın qapıçısı David Raya da var. Bundan başqa, “Real” “Portu”nun qapıçısı Dioqo Koşta və “Tuluza”nın qolkiperi Giyom Restin transferini nəzərdən keçirir.

Koştanın müqaviləsində 60 milyon avroluq sərbəstqalma məbləği nəzərdə tutulub.

Rayanın transferinin isə “Real”a 50 milyon avrodan baha başa gələcəyi bildirilir. “Tuluza”nın Resti təxminən 19 milyon avro dəyərində qiymətləndirdiyi qeyd olunur.

“Real” İspaniya La Liqasında 8 turdan sonra 18 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM