Əlcəzair millisinə dəvət almağa namizədlər sırasındadır - “Sabah”ın müdafiəçisi

00:50 Sabah 98
Əlcəzair millisinə dəvət almağa namizədlər sırasındadır - “Sabah”ın müdafiəçisi

“Sabah”ın müdafiəçisi Akim Zedadka Əlcəzair millisinə dəvət almağa namizədlər sırasındadır.

Sportinfo.az xəbər verir ki, Əlcəzairin "La Gazette du Fennec" nəşrinin yazdığına görə, 31 yaşlı sağ cinah müdafiəçisi yığmanın məşqçilər korpusunun diqqət mərkəzindədir.

Qeyd edilib ki, Əlcəzair millisinin son toplanışında Rafik Belqalinin yoxluğunda sağ cinahda problemlər yaranıb.

Onu əvəzləyən Saadi Raduani gözlənilən oyunu göstərə bilməyib. Bu səbəbdən məşqçilər korpusu həmin mövqe üçün yeni namizədləri nəzərdən keçirir.

2025-ci ilin iyulunda “Sabah”a keçən Zedadkanın Çempionlar Liqasında çıxış etməsi onun milliyə qayıtmaq şansını artırır.

Futbolçu Bakı klubunun “Slaviya" üzərində qazandığı qələbədə də iştirak edib. Zedadka indiyədək Əlcəzair millisinin üç toplanışına dəvət alıb.

O, Camal Belmadinin rəhbərliyi dövründə, 2022-ci ilin iyununda İranla yoldaşlıq görüşündə yığmada yeganə oyununu keçirib.

Yazıda bildirilir ki, Əlcəzair millisinin məşqçilər korpusu noyabrda Toqo ilə keçiriləcək Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunları üçün 2-3 sağ cinah müdafiəçisi müəyyənləşdirməlidir.

Lakin Zedadkanın digər namizədlərlə müqayisədə daha yaşlı olması onun əleyhinə işləyə bilər. Bununla belə, məşqçilər korpusunun futbolçuların hazırkı formasına üstünlük verməsi “Sabah”ın müdafiəçisinin şansını artırır.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM