Azərbaycan komandasının “1 nömrə”si “Real”ın qapıçısına şərik oldu

02:00 Sabah 89
Azərbaycan komandasının “1 nömrə”si “Real”ın qapıçısına şərik oldu

“Sabah”ın qapıçısı Stas Pokatilov Çempionlar Liqasının Liqa mərhələsində ən çox qurtarış edənlər arasında ilk beşlikdədir.

Sportinfo.az xəbər verir ki, Qazaxıstan millisinin üzvü ilk 2 turda 11 qurtarış edib.

O, bu göstəricidə Madrid “Real”ının qapıçısı Tibo Kurtua ilə 4-5-ci yerləri bölüşür.

Siyahıya 14 qurtarışla “Brügge”nin qapıçısı Yan Sommer və Bratislava “Slovan”ının qolkiperi Dominik Takaç başçılıq edirlər. Üçüncü pillədə isə 12 seyvlə “Portu”nun qapıçısı Dioqu Koşta qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM