Premyer Liqanın ən “fəqir-füqara” klubunda 1000 manat qazandılar

3 Sentyabr 14:40 Şamaxı 1 213
Premyer Liqanın ən “fəqir-füqara” klubunda 1000 manat qazandılar

Premyer Liqanın ilk 3 turunda 2 xal toplayan «Şamaxı»nın futbolçularının qazancı bilinib.

Çempionatda qalmaq uğrunda mübarizə aparacağı şübhə doğurmayan «şirlər» 1000 manat əldə edib.

Azər Bağırovun çalışdırdığı komanda ilk turda «Qarabağ»a 1:3 hesabıyla uduzub. Növbəti iki həftədə isə «Turan Tovuz» və «Qəbələ» ilə qolsuz bərabərə qalıblar.

Deməli, hər 1 xala görə 500 manat qabağa düşüblər.

Ümumiyyətlə, elita mənsubları arasında ən aşağı mükafat fondu «Şamaxı»dadır. Burada qələbənin qiyməti 800-1000 manat arasında qiymətləndirilir.

Rəqiblər asılı olaraq rəqəmlər dəyişir. «Qarabağ», «Sabah» və «Neftçi»yə qalib gələrlərsə, maksimum məbləği (1000 manat) alırlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM