“O, dünyanın ən sürətlə qaçan futbolçularından biridir”

21:40 İngiltərə 109
“O, dünyanın ən sürətlə qaçan futbolçularından biridir”

“Tottenhem”in müdafiəçisi Mikki van de Ven, komanda yoldaşı, ukraynalı vinger Mixail Mudrikin sürəti barədə danışıb.

Sportinfo.az “The Spurs Web”-ə istinadən xəbər verir ki, niderlandlı müdafiəçi, Mudrikin dünyanın ən sürətli futbolçularından biri olduğunu düşünür:

“Mən onu hələ maksimum sürətlə qaçarkən görməmişəm. Amma düşünürəm ki, o, dünyanın ən sürətli futbolçularından biridir”.

“Tottenhem” 25 yaşlı Mudriki “Çelsi”dən mövsümün sonunadək icarəyə götürüb. Futbolçu İngiltərə Premyer Liqasının cari mövsümündə cəmi bir oyunda meydana çıxıb.

Roberto De Zerbinin rəhbərlik etdiyi “Tottenhem” Premyer Liqaya uğursuz start verib. London təmsilçisi hazırda 3 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti