Vernidub “Neftçi”də kim(lər)dən hələ razı deyil?

14:40 Neftçi 174
Vernidub “Neftçi”də kim(lər)dən hələ razı deyil?

Premyer Liqada yeddi tur arxada qalıb.

Turnir cədvəlində üçhakimiyyətlilik hökm sürür.

“Neftçi” ilə yanaşı, ”Sabah” və ”Qarabağ” eyni xala (16) malikdir. Rəqiblərindən 1 oyun çox keçirən ”ağ-qaralar” daha yaxşı top fərqinə görə liderdir.

Onlar üçün “Sabah“la qarşılaşma həm nəticə, həm də oyunun keyfiyyəti baxımından qiymətləndirilməlidir.

Komandanın qarşısında duran əsas vəzifələrdən biri rəqibin təzyiqinə qarşı daha sabit oyun qurmaq və hücumların son mərhələsində effektivliyi artırmaqdır.

Yüksək səviyyəli rəqibə qarşı mübarizədə yalnız müdafiədə nizam-intizamlı olmaq kifayət etmir. Top qazanıldıqdan sonra ilk ötürmənin keyfiyyəti, hücumun istiqaməti və oyunçuların düzgün zonalara hərəkəti də nəticəyə birbaşa təsir edir.

“Neftçi”nin inkişafı yalnız ayrı-ayrı oyunçuların fərdi keyfiyyətləri ilə deyil, komandanın vahid taktiki mexanizm kimi nə dərəcədə işləməsi ilə ölçülməlidir.

Yuri Vernidub ”çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq” deyəndə, yəqin ki, bunu nəzərdə tutub. Bu, doğrudan da belədir.

”Neftçi” hələ ”bir nömrə” kimi meydanda dminantlıq etmir, rəqiblərdən asılı olaraq, taktika və heyət seçir.

Emin Mahmudov buna görə tez-tez əvəzlənirsə, yaxud ehtiyatda qalırsa, demək ki, baş məşqçi hələ öz sistemini kollektivə yeritməyib, yeridə bilməyəcək. Bunlar zamanla olacaq şeylərdir.

Lakin bunu da qeyd etməliyik ki, ”Neftçi” gərgin qrafikin öhdəsitndən gəlmək məcburiyyətindədir artıq. Bu həftə «Qarabağ», gələn həftələrdə də digər iddialılar ilə üz-üzə gələcəklər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti