PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda “Mançester Siti” üzərində qazandıqları qələbəni şərh edib. Paris təmsilçisi səfərdə rəqibini 4:2 hesabı ilə məğlub edib.
Sportinfo.az “City Report”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı oyunun çətin keçdiyini və komandasının bəxtinin gətirdiyini bildirib:
“Çox ağır oyun oldu. “Mançester Siti”ni təbrik edirəm. Onlar fürsətlərindən yararlansaydılar, bu matçı uduza bilərdik.
Enzo Mareskanın rəhbərliyi altında “Mançester Siti” möhtəşəm futbol oynayır. Amma biz belə matçlarda oynamağı sevirik.
Bir daha deməliyəm ki, bəxtimiz gətirdi, çünki ikinci hissədə daha çox qol buraxa bilərdik”.
PSJ Çempionlar Liqasının ilk iki turunda hər iki matçda qələbə qazanıb. Parislilər bu oyunlarda 10 qol vurub, qapısında isə cəmi 3 qol görüb. Beləliklə, 6 xal toplayan Fransa təmsilçisi turnir cədvəlinə başçılıq edir.
