“Heç ağlıma da gəlmirdi ki...” - MÜSAHİBƏ

02:20 Şamaxı 84
“Heç ağlıma da gəlmirdi ki...” - MÜSAHİBƏ

“Əsas məqsədimiz Premyer Liqada yerimizi qoruyub saxlamaqdır”.

Sportinfo.az xəbər verir ki, bunu “Şamaxı”nın yarımmüdafiəçisi Edqar Adilxanov Premyer Liqanın beşinci turunda “Sumqayıt”a qarşı keçirilən oyundan (1:1) danışıb.

- Ötən gün komandanız “Sumqayıt”la səfər oyununda 1 xal qazandı. Oyunu necə dəyərləndirirsiniz?

- Fikrimcə, kifayət qədər intensiv qarşılaşma alındı. Həm bizim, həm də “Sumqayıt”ın təhlükəli imkanları var idi. Bu oyundan qələbə ilə də ayrıla bilərdik. Sadəcə, hücum və müdafiə xəttində daha diqqətli, daha kreativ və özümüzə inamlı oynamalıyıq. Bunun üçün isə bizə biraz da vaxt lazımdır.

- Bu matçda çox baxımlı qola imza atdınız. Həmin epizodu necə şərh edərdiniz?

- Əslində, qolu vuranda heç ağlıma da gəlmirdi ki, belə baxımlı alınacaq. Sadəcə hiss etdim ki, ötürmə həmin nöqtəyə gələcək və dəqiq mövqe seçərək topa toxunuş etdim.

- Məşqlərdə bu cür epizodlar üçün xüsusi hazırlaşırsınız?

- Əlbəttə, məşqlərdə hər cür epizod və situasiyalara hazır olmaq üçün çalışıram.

- Bu mövsüm komandanızın əsas hədəfi nədir?

- Əsas məqsədimiz Premyer Liqada yerimizi qoruyub saxlamaqdır. Lakin biz bununla kifayətlənməyəcək, turnir cədvəlində bacardığımız qədər yüksək pillələrə qalxmaq üçün mübarizə aparacağıq.

- Növbəti turda evdə “Araz-Naxçıvan”la üz-üzə gələcəksiniz. Bu görüş barədə nə deyə bilərsiniz?

- “Araz-Naxçıvan” çətin rəqibdir. Oyuna maksimum dərəcədə hazırlaşmağa və meydandan qələbə ilə ayrılmağa çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi