Minifutbol üzrə Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət minifutbol yığması Xorvatiyada keçirilən dünya çempionatında bu gün növbəti oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, komanda Slovakiya millisi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 13:40-da start götürəcək.
U-23 daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı üstələyib (hər ikisi 4:2), Rumıniya ilə heç-heçə (3:3) edib.
