“Qələbə qazandığımız üçün çox sevinirəm, amma ikiqat sevincliyəm ki, qol vuraraq bu qələbəyə öz töhfəmi verə bildim.
Hücumçu üçün qol vurmaq hər zaman xüsusi hissdir.
Əsas odur ki, komandamız vacib üç xal qazandı və mən də buna kömək etdim”.
Sportinfo.az xəbər verir ki, bu sözləri "Şamaxı”nın futbolçusu Uğur Cahangirov deyib.
24 yaşlı hücumçu Misli Premyer Liqasının 4-cü turunda səfərdə “Kəpəz” üzərində qazandıqları 4:1 hesablı qələbəni belə dəyərləndirib:
“Bu qələbə bizim üçün çox vacib idi. Çünki mövsümdə ilk qələbəmizi qazandıq.
Düşünürəm ki, bu nəticə həm komandaya, həm də psixoloji baxımdan bizə çox yaxşı təsir edəcək. Qələbə motivasiyamızı daha da artıracaq və bundan sonra da yaxşı nəticələrin davamını gətirə biləcəyik.
Düşünürəm ki, komanda olaraq mövsümə yaxşı başlamışıq. Qarşıdakı turlarda daha yaxşı “Şamaxı” görəcəyimizə inanıram.
Bunun üçün məşqlərdə daha çox çalışmalı və hər oyuna maksimum köklənməliyik”.
