"Neftçi" də xoş qarşılanmayan klubların sırasına qoşuldu

"Neftçi" də xoş qarşılanmayan klubların sırasına qoşuldu

Milli fasiləyə qədər Premyer Liqada yerli futbolçulara ən çox güvənən klubların başında “Neftçi” və “Sumqayıt” gəlirdi.

Ancaq fasilədən sonrakı turda hər iki komandada vəziyyətin dəyişdiyini gördük.

Onlar da “Sabah”, “Turan Tovuz”, “Qarabağ” kimi start heyətində daha çox əcnəbi futbolçuya üstünlük verən klubların yolunu tutmağa başladı.

“Neftçi” mövsümdə ilk dəfə meydana cəmi iki azərbaycanlı futbolçu ilə çıxdı. Bunlar qapıçı Emin Balayev və müdafiəçi Rüfət Abbasov idi.

“Sumqayıt”da isə vəziyyət daha ağır oldu. Komandanın start heyətində cəmi bir yerli statuslu futbolçu yer aldı. O da Ukrayna futbol məktəbinin yetirməsi olan Emin Mustafayev idi.

Ümumiyyətlə, bu, futbolumuz adına neqativ tendensiyadır.

Bəli, hər iki komanda qələbə qazandı. Heyətin kütləvi şəkildə əcnəbiləşməsini klublar baxımından uğurlu addım kimi qiymətləndirmək mümkündür.

Ancaq Azərbaycan futbolunun gələcəyini düşünəndə bu mənzərədən məmnun qalmaq çətindir.

Çünki klubların nəticə naminə yerli futbolçulara güvəni azaltması futbolumuzun inkişafı baxımından heç də yaxşı istiqamət deyil.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti