Biri “qırmızı”dan, o biri “sarı”dan “yandı” - Premyer Liqada

23:00 Araşdırma 103
Biri “qırmızı”dan, o biri “sarı”dan “yandı” - Premyer Liqada

Premyer Liqanın 8-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Həftəsonu keçiriləcək qarşılaşmalarda iki futbolçu komandalarına kömək edə bilməyəcək.

Bunlar “İmişli”nin braziliyalı yarımmüdafiəçisi Luis Silvestr və “Zirə”nin mozambikli üzvü Quimadır. Hər iki oyunçu cəzalı olduğu üçün meydana çıxmayacaqlar.

Luis Silvestr “Sabah”la qarşılaşmada aldığı qırmızı vərəqəyə görə cəzasını çəkirsə, Quima sonuncu matçda sarı vərəqə limitini doldurduğundan növbəti oyunu buraxmalı olacaq.

Oktyabrın 16-da “Şamaxı” - “Şəfa”, “Sumqayıt” - “Araz-Naxçıvan”, ertəsi “Qəbələ” - “Sabah”, “Qarabağ” - “Neftçi”, oktyabrın 18-də “İmişli” - “Turan Tovuz”, “Kəpəz” - “Zirə” qarşılaşmaları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti