AFFA Premyer Liqa klubunun ən böyük problemini həll elədi

14:40 Şamaxı 163
AFFA Premyer Liqa klubunun ən böyük problemini həll elədi

Premyer Liqada mübarizə aparan daha bir klubun ciddi problemi aradan qalxmaq üzrədir.

«Şamaxı» bir müddət sonra projektor altında meydançaya çıxacaq.

Yerli kubun rəhbərliyi bu məsələdə AFFA-nın köməyindən yararlanıb.

Belə ki, federasiya onun balansında olan arenanın işıqlandırma sistemini qurmaq üçün «şirlər»ə yardım əlini uzadıb, işi görəcək şirkəti tapıb. Həmin şirkət Türkiyəyə məxsusdur və kifayət qədər tanınmışdır.

İcraat yaxın vaxtlarda başlayacaq. Şamaxıya səfər edən və futbol qurğusunu baxışdan keçirən şirkətin nümayəndələri dəqiq tarix göstərib. Projektorlar noyabrın sonuna qədər istifadəyə veriləcək.

«Şamaxı» Premyer Liqanın cari mövsümündə beş oyun keçirib. Və hamısı da səfərdə. Məlum problem üzündən komanda yalnız rəqib meydanlarına ayaq basıb.

Bu həsrət sentyabrın 20-da bitəcək. Azər Bağırovun çalışdırdığı «şirlər» həmin gün altıncı tur çərçivəsində «Araz-Naxçıvan»ı qəbul edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti