Koxalski “Qarabağ”ı harada görür? - “Burada hər şey Azərbaycandakından yaxşıdır”

00:40 Qarabağ 146
Koxalski “Qarabağ”ı harada görür? - “Burada hər şey Azərbaycandakından yaxşıdır”

“Qarabağ”ın sabiq qapıçısı Mateuş Koxalski Azərbaycan və Polşa çempionatlarını müqayisə edib.

Sportinfo.az xəbər verir ki, hazırda “Veçista Krakov”da çıxış edən 26 yaşlı qolkiper “goal.pl” saytına müsahibəsində Azərbaycan Premyer Liqası ilə bağlı fikirlərini bölüşüb.

O, Polşa çempionatının səviyyəsini daha yüksək qiymətləndirib:

“Düşünürəm ki, Polşa Ekstraklasında hər şey daha yaxşıdır. Hər şey. Azərbaycanda buradakından yaxşı olan heç nə yoxdur”.

Koxalski “Qarabağ”ın Polşa çempionatında hansı yerlər uğrunda mübarizə apara biləcəyi ilə bağlı sualı da cavablandırıb:

“Düşünürəm ki, “Qarabağ” ilk üçlük uğrunda mübarizə apara bilər. Bəli, məhz “Qarabağ”. Çempionlar Liqasına vəsiqə qazanan “Sabah” da yüksək yerlərdən birini tuta bilər.

Azərbaycan çempionatının digər komandaları isə bizim liqada qalmaq üçün ciddi çətinlik çəkərdilər”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM