“Bizdən nə istədiyini bilirik, tapşırıqlarını yerinə yetirməyə çalışırıq”

03:00 Şamaxı 105
“Bizdən nə istədiyini bilirik, tapşırıqlarını yerinə yetirməyə çalışırıq”

“Məqsədimiz mümkün qədər turnir cədvəlinin üst pillələri uğrunda mübarizə aparmaqdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın hücumçusu Uğur Cahangirov deyib.

24 yaşlı forvard komandanın qarşısına qoyduğu məqsəddən danışıb:

“İlk üç turda cəmi bir qol vurmuşduq, amma müdafiədə daha inamlı təsir bağışlayırdıq. Son turlarda həm qol baxımından daha məhsuldar olduq, həm də hücumda nə qədər təhlükəli olduğumuzu göstərdik.

Baş məşqçimiz Azər Bağırovun bizdən nə istədiyini bilirik və onun tapşırıqlarını meydanda yerinə yetirməyə çalışırıq.

Düşünürəm ki, komanda olaraq bir-birimizi daha yaxşı tanıdıqca və oyun fəlsəfəsinə uyğunlaşdıqca, nəticələrimiz də daha yaxşı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız