“Neftçi”ni sevənlərə bu yerləri ayırdı - “Qarabağ”

09:20 Qarabağ 112
“Neftçi”ni sevənlərə bu yerləri ayırdı - “Qarabağ”

Misli Premyer Liqasının 8-ci turunun oktyabrın 17-də saat 19.00-da başlanacaq “Qarabağ” – “Neftçi” qarşılaşmasını tribunadan izləmək istəyən “Neftçi” azarkeşləri üçün Tofiq Bəhramov adına Respublika stadionunun 21, 22, 23, 25, 26, 27 və 28-ci sektorları ayrılıb.

Sportinfo.az xəbər verir ki, 25, 26, 27 və 28-ci sektorlar “Forza Neftçi” Azad Azarkeş Qrupu üçün nəzərdə tutulub.

Oyunu “Forza Neftçi” ilə birlikdə izləmək istəyən azarkeşlər bu gün 17.00-dan 21.00-a, oktyabrın 16-da 12.00-dan 21.00-a, oyun günü isə 12.00-dan 16.00-a qədər “Palms Sports Arena”da yerləşən kassalara yaxınlaşa bilərlər.

21, 22 və 23-cü sektorlar üçün nəzərdə tutulan biletlərin reallaşması barədə daha dəqiq və ətraflı məlumat isə bütün texniki prosedurlar yekunlaşdırıldıqdan sonra veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM