Qurbanova dünya çempionatında finala vəsiqə qazandı

04:10 Güləş 82
Qurbanova dünya çempionatında finala vəsiqə qazandı

Azərbaycan güləşçisi Günay Qurbanova ABŞ-ın Las Veqas şəhərində keçirilən U-23 dünya çempionatında finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, 59 kq çəkidə çıxış edən idmançı yarımfinalda Argentina təmsilçisi Kamila Amarillaya qalib gəlib.

O, sabah qızıl medal uğrunda qarşılaşmada ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.

Yunan-Roma güləşçisi Ruslan Nurullayev (77 kq) isə üçüncü yer uğrunda qarşılaşmada ukrayanlı İrfan Mirzoyevi məğlub edərək bürünc medal qazanıb.

Daha əvvəl yunan-Roma güləşçisi Elmir Əliyev (60 kq) gümüş mükafata sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM