“Bu, məni çox üzür”

21 Sentyabr 00:30 Şamaxı 520
“Bu, məni çox üzür”

Sportinfo.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 6-cı turunun "Araz-Naxçıvan"la (2:1) oyunundan sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.

- Çətin oyun oldu. Bilirdik və gözləyirdik ki, "Araz-Naxçıvan" daha çox hücum edəcək. Altı tur içərisində bəlkə də ən həyəcanlı oyunlarımdan biri idi. Çünki qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən. Bu epizodlar məni çox üzür. Amma irəliyə baxıb, müdafiədə və hücumda daha səlist oynamağa çalışacağıq. "Şamaxı" azarkeşlərinə də dəstəyə görə təşəkkür edirəm.

- Qələbədə əsas pya sahibi Rikardo Fernandes idi?

- Həqiqətən bir ailə olmaq lazımdır. Qələbəmizdə ehtiyat oturan futbolçunun bəlkə də meydançadakı futbolçudan daha çox payı var. Çünki motivasiya, bir-birimizə dəstək olmağımız çox önəmlidir. Mehriban kollektivimiz var, əsas üstünlüyümüz də budur.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə