Vüsalın komandası doğma məkanda xal itirdi - Kosovoda

03:40 Bizimkilər 76
Vüsalın komandası doğma məkanda xal itirdi - Kosovoda

Kosova Superliqasında 9-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Vüsal İsgəndərlinin formasını geyindiyi "Malişeva" doğma meydanda "Priştina"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşdə hesabı 29-cu dəqiqədə "Malişeva"nın futbolçusu Cemal İbişi açıb. Qonaqlar isə 76-cı dəqiqədə Assan Diattanın vurduğu qolla tarazlığı bərpa ediblər.

Həmyerlimiz Vüsal İsgəndərli də matça start heyətində başlayıb. Bu nəticədən sonra "Malişeva" 20 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM