Meksikanın “Tijuana” klubunun yarımmüdafiəçisi Jilberto Mora karyerasını İngiltərədə davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
“Liverpul” rəhbərliyi 18 yaşlı futbolçunun keçidi üçün yanvar transfer pəncərəsi ərəfəsində səylərini artırmağı planlaşdırır.
“Qırmızılar”ın bu keçiddə əsas rəqibi isə İngiltərə Premyer Liqasının son çempionu “Arsenal” hesab olunur.
“Tijuana” Moranın satışından təxminən 35 milyon avro qazanmaq istəyir.
Meksikalı futbolçu ölkə çempionatının cari mövsümündə 7 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.
