Həsənov Avropa birinciliyində 3 medal qazandı - FOTOLAR

04:30 Digər növlər 83
Həsənov Avropa birinciliyində 3 medal qazandı - FOTOLAR

Atletimiz Fuad Həsənov Albaniyanın Dürres şəhərində keçirilən U23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən Həsənov birdən qaldırma hərəkətində 134 kq ağırlığın öhdəsindən gələrək ikinci olub.

Təkanla qaldırma növündə Fuad 162 kq çəkini başı üzərinə qaldıraraq üçüncü olub.

Beləliklə 2 hərəkətin cəmində 296 kq nəticəyə imza atmış atletimiz Avropa birinciliyinin gümüş medalına yiyələnib.

Təltifetmə mərasimində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da iştirak edib. İdmançılara medalları o təqdim edib.


Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM