“Sabah”ın Çempionlar Liqasındakı oyunlarında bir məqam xüsusilə diqqət çəkir.
Təsnifat mərhələsindəki matçlarda müdafiənin mərkəzində Stiv Solvetlə Rəhman Daşdəmirov yer alırdısa, liqa mərhələsində keçirilən hər iki matçda start heyətində Eydin Makkartinin adına rast gəlirik.
Cənubi Afrika Respublikasından dəvət olunan 23 yaşlı müdafiəçi ölkəsində perspektivli futbolçulardan sayılır və gələcək üçün böyük ümidlər vəd edir.
“Sabah”ın heyətində Çempionlar Liqasında uğurlu çıxışını davam etdirəcəyi təqdirdə,
Makkartinin Cənubi Afrika Respublikasının milli komandasına dəvət almaq şansı da arta bilər. Hərçənd bu ölkənin yığmasında rəqabət kifayət qədər ciddidir.
Makkarti Sportinfo.az-a açıqlamasında yığma komandaya dəvət almaq perspektivindən də danışıb. Gənc müdafiəçi bu mövzuya təmkinli yanaşması ilə diqqət çəkib:
“Mən əsasən nəzarət edə bildiyim məsələlərə fokuslanıram. Hər həftə meydana çıxmaq, həftədən-həftəyə əlimdən gələnin ən yaxşısını etmək istəyirəm.
Gördüyüm bütün ağır işin nəticəsində ümid edirəm ki, sonda millinin heyətinə dəvət alacam. Bunu hamı arzulayır.
Futbolçu üçün öz ölkəsini təmsil etmək böyük xəyaldır. Amma mən səbrli olmağa davam edirəm.
Açığı, bu dəfə milliyə dəvət alacağımı gözləmirdim. Çünki belə şeylər bir gecədə baş vermir. Zaman hər şeyi göstərəcək.
Ola bilsin ki, Cənubi Afrikada haqqımda çox danışırlar. Adım manşetlərə çıxıb.
“Old Trafford”da Çempionlar Liqasında oynayan üçüncü cənubi afrikalı futbolçu olmağım tarixi hadisə kimi təqdim olunur.
Amma bir-iki oyuna görə milliyə dəvət almağa layiq olduğumu düşünməzdim. Bu, nə qədər böyük hadisə olsa da, təvazökar qalmağa çalışıram və dəvətin gələcəyi günü səbirlə gözləyirəm”.
Eyden Makkarti 2025-ci ildə CAR millisinə dəvət alıb və yalnız bir matçda şans qazanıb.
HƏBİB
