Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu - Bredli Barkola

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu - Bredli Barkola

“Liverpul”un hücumçusu Bredli Barkola Uempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunun ən yaxşı futbolçusu seçilib.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçu UEFA-nın rəsmi saytında keçirilən səsvermədə rəqiblərini qabaqlayaraq qalib olub.

Barkola 2-ci turda Avstriyanın LASK komandası ilə matçda het-trik edib. O, görüşün 73-cü dəqiqəsində əvəzlənib. “Liverpul” qarşılaşmadan 6:3 hesablı qələbə ilə ayrılıb.

Səsvermədə ikinci yeri “Brügge”nin hücumçusu Nikolo Tresoldi tutub. O, “İnter”lə 4:3 hesabı ilə başa çatan matçda het-trik edib.

Üçüncü yerdə “Bavariya”nın hücumçusu Harri Keyn, dördüncü pillədə isə “Barselona”nın futbolçusu Lamin Yamal qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM