Premyer Liqa klublarının De Yonqa marağı niyə azalıb?

01:40 İspaniya 82
Premyer Liqa klublarının De Yonqa marağı niyə azalıb?

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun İngiltərə klublarına keçidi inandırıcı görünmür.

Sportinfo.az xəbər verir ki, bu barədə “Talksport” məlumat yayıb.

İngiltərə Premyer Liqasının iki top-klubu – “Çelsi” və “Mançester Yunayted” niderlandlı futbolçuya marağını azaldıb. Hər iki klub son vaxtlar tez-tez zədələndiyi üçün De Yonqu heyəti gücləndirmək baxımından prioritet namizəd hesab etmir.

29 yaşlı yarımmüdafiəçi bu mövsüm hələ meydana çıxmayıb. O, 2026-cı il dünya çempionatı zamanı zədələnib.

De Yonqun “Barselona” ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir. Onun komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM