“İnstagram”da ürəyini boşaltdı: “Necə də möcüzəvi bir gecədir!” - FOTO

00:30 Sabah 93
“İnstagram”da ürəyini boşaltdı: “Necə də möcüzəvi bir gecədir!” - FOTO

Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasında qazanılan tarixi qələbədən sonra sosial şəbəkə hesabında emosional paylaşım edib.

Sportinfo.az xəbər verir ki, litvalı mütəxəssis özünün “Instagram” səhifəsində komandasının uğurunu böyük coşqu ilə qeyd edib.

“Həmin Çempionlar Liqası hissiyyatı! “Sabah” üçün necə də möcüzəvi bir gecədir!!! Klub tarixində Bakıda ilk ÇL ev oyunu, vurulan ilk qol, toxunulmaz qalan qapı, ÇL-də və Olimpiya stadionunda ilk qələbə!” – deyə Dambrauskas paylaşımında vurğulayıb.

“Sabah” Bakı Olimpiya Stadionunda keçirilən matçda “Slaviya” üzərində qazandığı 2:0-lıq tarixi nəticə ilə Çempionlar Liqasındakı ilk qələbəsini rəsmiləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM