Minifutbol üzrə Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət minifutbol yığması Xorvatiyada keçirilən dünya çempionatında bu gün növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda Slovakiya millisi ilə üz-üzə gəlib və 3:2 hesablı qələbə qazanıb.
Beləliklə, milli komanda pley-offa vəsiqə qazanıb.
U-23 daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı üstələyib (hər ikisi 4:2), Rumıniya ilə heç-heçə (3:3) edib.
