"Futbolçularımızın milli komandaya dəvət alması ilə fəxr edirəm" - " "Sumqayıt"ın baş məşqçisi

12 Sentyabr 23:10 Şamaxı 67
"Futbolçularımızın milli komandaya dəvət alması ilə fəxr edirəm" - "

Misli Premyer Liqasının V turu çərçivəsində doğma meydanda "Şamaxı"nı qəbul edən "Sumqayıt" 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido matç haqda fikirlərini bildirib:

"Hər iki hissədə də kifayət qədər qol epizodu yaratdıq. Bu gün yalnız bir xalla kifayətlənməyə layiq deyildik. Komandada müəyyən irəliləyiş görürəm. Rəqibimiz təhlükəli komandadır. Göründüyü kimi, hələ üzərimizdə işləməliyik. Bir daha deyirəm, biz inkişaf edirik və daha yaxşı oynayacağıq.

Qarşıdan gələn milli fasilə komandamız üçün yaxşı olacaq. Ancaq yəqin ki, iki futbolçumuz milli komandaya yollanacaq və biz tam heyətlə hazırlaşa bilməyəcəyik. Hər halda, futbolçularımızın milli komandaya dəvət alması ilə fəxr edirəm."

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Sentyabr 00:40 "Neftçi" dominant oynadı"