Klub rəhbərliyi müvəqqəti adamla şərti şumda kəsdi, 3 həftə vaxt verdi

14:20 Hadisə 182
Klub rəhbərliyi müvəqqəti adamla şərti şumda kəsdi, 3 həftə vaxt verdi

Fərid Namazovla yollarını ayıran "İmişli"də baş məşqçinin səlahiyyətlərinin müvəqqəti icrası Ervins Perkonsa həvalə olunub.

Latviyalı mütəxəssis iyulun 21-dən etibarən Azərbaycanda çalışır.

O, həmin vaxt komandanın köməkçi məşqçisi təyin olunub.

UEFA Pro lisenziyasına malik olan 35 yaşlı baltikalı baş məşqçi kimi təcrübəyə malikdir.

Daha əvvəl Latviyada "Jelgava" və "Super Nova"nı çalışdırıb. Komandaları 2022 və 2024-cü illərdə Latviyanın I Liqasının çempionluğuna daşıyıb və yüksək liqaya daşıyıb.

O, hələlik burada komandanın məşq prosesinə və oyunlara hazırlığına rəhbərlik edəcək. "İmişli" rəsmiləri Perkonsla şərti şumda kəsib - əsas heyətinin müəyyənləşdirilməsinə çox qarışmayacaq.

Rəhbərliyin rəyini nəzərə alacaq, yerli oyunçulara üstünlük verəcək. Həmçinin taktiki seçim baxımından məsləhətləşəcək, təkbaşına qərar çıxarmayacaq.

Funksionerlər komandanın hücum futbolu sərgiləməsini istəyir. Ümumiyyətlə, latviyalıya 3 tur şans tanınıb. Bu müddətdə nəticələr qənaətbəxş olsa, rəsmi surətdə baş məşqçi postuna təsdiqlənəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti