"Şamaxı"nın yay fasiləsində heyətinə qatdığı legionerlərdən biri də Rui Poşeko oldu.
Portuqaliyalı mərkəz müdafiəçisi qısa müddətdə komandanın əsas fiqurlarından birinə çevrilməyi bacarıb.
24 yaşlı futbolçu geridə qalan 5 turun hamısında 90 dəqiqə meydanda olub və hətta müdafiəçi olmasına baxmayaraq fərqlənməyi də bacarıb.
Deməli, ilk dəfə Azərbaycan çempionatında çıxış edən Poşeko artıq Premyer Liqanı yaxından tanıyır.
Maraqlıdır, futbolçunun Azərbaycan çempionatı ilə bağlı təəssüratları necədir?
Sportinfo.az-a açıqlamasında suala cavab olaraq avropalı bunları deyib:
"Çox rəqabətli liqadır. Burada bütün oyunlar çətindir.
Asan oyun olmur.
Yaxşı nəticə qazanmaq üçün hər oyunda maksimumumuzu ortaya qoymalıyıq.
Hər epizod mübarizə tələb edir.
Liqada çox yaxşı futbolçular var.
Ümumi səviyyə kifayət qədər yüksəkdir".
XANOĞLAN
