Azərbaycanı onlar təmsil edəcək - Dünya çempionatında

16 Oktyabr 04:40 Boks 272
Azərbaycanı onlar təmsil edəcək - Dünya çempionatında

Oktyabrın 16-da Monteneqronun Budva şəhərində 19 yaşadək boksçular arasında dünya çempionatı start götürəcək.

Sportinfo.az xəbər verir ki, 12 gün davam edəcək mundiala Azərbaycan millisi 9 idmançı ilə qatılacaq.

Baş məşqçi Elbrus Rzayev U-19 dünya çempionatında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (80 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kq) ilə Gülər Hüseynovaya (51 kq) güvənəcək.

Yarışda Emil Qurbanəliyev hakimlər sırasında yer alacaq. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə