“Araz-Naxçıvan”la oyuna neçə itki ilə çıxacaqlar?

03:10 Sumqayıt 83
“Araz-Naxçıvan”la oyuna neçə itki ilə çıxacaqlar?

Misli Premyer Liqasının səkkizinci turunda “Araz-Naxçıvan”ı qəbul edəcək “Sumqayıt”ın heyətində itkilər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Rüstəm Əhmədzadə və Jeam Oliveyra sözügedən oyunda iştirak edə bilməyəcəkr.

Yeddinci turda "Qəbələ" ilə matçda zədələnən Rüstəm Əhmədzadə iki, Jeam Oliveyra isə altı-səkkiz həftə ərzində kollektivdən ayrı düşəcək.

“Sumqayıt” - “Araz-Naxçıvan” görüşü oktyabrın 16-da saat 19:00-da “SOCAR Polymer Arena” keçiriləcək.

“Sumqayıt” beş xalla səkkizinci, iki xalı olan “Araz-Naxçıvan” isə 12-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM