“Bir gün “qızıl top”u qazanmağı xəyal etmədiyimi desəm, yalan danışmış olaram”"

01:50 Almaniya 89
“Bir gün “qızıl top”u qazanmağı xəyal etmədiyimi desəm, yalan danışmış olaram”"

“Bayern”in yarımmüdafiəçisi Aleksandar Pavloviç bir gün “qızıl top”u qazanmağı arzuladığını etiraf edib.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu bunu deyib:

“Bir gün “qızıl top”u qazanmağı xəyal etmədiyimi desəm, yalan danışmış olaram”.

Pavloviç “Bayern”in gənclər akademiyasının yetirməsidir. 22 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 8 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Bayern” Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda “Viking”ə qarşı səfər oyununda 3:3 hesablı heç-heçə edib.

Komanda növbəti oyununu oktyabrın 17-də, Bundesliqanın 6-cı turu çərçivəsində “Leyptsiq”ə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM