"Qəbələ"dən aralandılar - VİDEO

16 Fevral 19:00 Səbail 277
"Qəbələ"dən aralandılar - VİDEO

Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "ASCO Arena"da "Səbail" və "Qəbələ" üz-üzə gəlib.

Gənc baş hakim Kamal Umudlunun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Hesabı 16-cı dəqiqədə "Qəbələ"nin yeni transferi Nikolas Raysel açıb. "Səbail" isə hər 3 qoluna fasilədən sonra imza atıb. 56-cı dəqiqədə Mirsahib Abbasov hesabı bərabərləşdirib. 70-ci dəqiqədə Rauf Əliyev yeni komandasında ilk qolunu vurub.

Bundan 5 dəqiqə sonra "qırmızı-qaralar"ın legioneri Fernan Lopes ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Say üstünlüyü qazanan "dənizçilər" 82-ci dəqiqədə yekun nəticəni müəyyənləşdiriblər. Daha bir yeni transfer Hendrik Ekşteyn ötən tur olduğu kimi, yenə penaltini dəqiq yerinə yetirib.

Bu qələbə sayəsində xallarını 18-ə çatdıran "Səbail" yenə 7-ci pillədə qalsa da, son pillədəki "Qəbələ"dən 5 xal aralanıb.

Xəbər Lenti