“Səbail”in adının “Quba” adı ilə dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir.
Sportinfo.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun açıqlamasında bildirilib: "Yaxın gələcəkdə komandamızın Quba şəhərini təmsil edəcəyi bizim üçün böyük qürur və sevinc mənbəyidir.
Bu dəyişiklik təkcə klubun adının yenilənməsi deyil, həm də region futbolunun inkişafı, yerli istedadların üzə çıxarılması və Qubada futbol ənənələrinin daha da gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır".
"Səbail" Misli Premyer Liqasının 2024-2025 mövsümünün nəticəsinə əsasən elitanı tərk edib və 1-ci liqaya düşüb.
