Azərbaycanda holdinq rəhbəri himayəsinə götürmək istədiyi klubun direktoruyla görüşdü

16:40 Səbail 187
Azərbaycanda holdinq rəhbəri himayəsinə götürmək istədiyi klubun direktoruyla görüşdü

Ötən ilin iyunundan bəri sponsorsuz fəaliyyət göstərən «Səbail»in həytında yeni dönəm başlayır. Artıq ilk addımlar atılıb.

Artıq klubun icraçı direktoru Firuz Abdulla «Aztürk Holdinq»in rəhbəri Güləli Bağırovla bir araya gəlib. İ

lk görüş tanışlıq xarakteri daşıyıb. Tərəflər bir-birlərini əməkdaşlıqla bağlı planlarıyla tanış eləyib.

İlkin təəssürat əladır - böyük ehtimalla, anlaşma əldə olunacaq. Çünki holdinqin futbol sektoruna qoşulmaq niyyəti kifayət qədər ciddi və uzunmüddətlidir.

«Səbail»in dadına yetişən şəxs futbol adamıdır. Cari mövsümün əvvəlində «Şəki Siti»nin idman direktoru olmuş Zamin Əsədullayev tərəflər arasında vasitəçilik missiyasını yerinə yetirib.

Perspektiv şirindir. Yeni portnyor sözünün arxasında dayansa, klub I Liqada iddialı olacaq.

İnfrastruktura böyük diqqət ayrılacaq. Gələn mövsümdən Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparılacaq.

Akademiyanın fəaliyyəti bərpa ediləcək. İşçi heyətinin siyahısı genişləndiriləcək.

«Səbail» 2016-cı ilin yayında yaradılıb. Həmin il I Liqada debüt edən komanda çnmpionluq qazanıb və Premyer Liqaya buraxılıb.

2019-cu ildə isə ən böyük yüksəliş qeydə alınıb. Aftandil Hacıyevlə çempionatın bürünc medallarına yiyələnən «dənizçilər» Avropa Liqasında mübarizə aparıb.

Bir daha yada salaq - «Səbail»in yeni himayədar tapması barədə ilk xəbər bizim sayta məxsusdur ()https://www.sportinfo.az/idman_xeberleri/sebail/247626.html.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti