Elxan Məmmədov Rövnəq Abdullayevin oğlu üçün yaratdığı klubu yaşatmaq istəyir

14:00 Səbail 479
Elxan Məmmədov Rövnəq Abdullayevin oğlu üçün yaratdığı klubu yaşatmaq istəyir

FIFA-nın Avropa üzrə regional direktoru Elxan Məmmədov «Səbail»in hazırkı vəziyyətindən narahatdır.

2022-c ildə AFFA-nın icraçı vitse-prezidenti və baş katibi vçəzifəsindən ayrılmış funksioner indinin özündə də «dənizçilər»ə kömək etməyə çalışır.

O, yaxın tanışları vasitəsilə Bayıl təmsilçisi üçün sponsor axtarışına çıxıb. 15 ilə yaxın müddətdə federasiyaya rəhbərlik etmiş Məmmədov bu məqsədlə bir neçə nəfərlə danışıb.

Onun bu canfəşanlığı təsadüfi deyil.

«Səbail»in 2016-cı ildə yaradılmasında yaxından iştirak eləyib. Qurumun ovaxtkı prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev üçün.

AFFA-da vəzifə tutduğu müddətdə daim bir əli «dənizçilər»in üzərində olub. Klubun gündəlik həyatını nəzarətdə saxlayıb, bura öz kadrlarını yerləşdirib.

Hazırda da onun ən yaxın və sadiq «silahdaşlar»ından Firuz Abdulla «Səbail»in başındadır.

2019-cu ildə Premyer Liqanın bürünc medallarını qazanmış və avrokuboklara vəsiqə qazanmış qəsəbə mənsubu bu gün yaxşı günlərini yaşamır.

ASCO 9 illik sponsorluq dəstəyini 2025-ci ilin yayında dayandırıb. «Xəzər Dəniz Gəmiçiliyi» Premyer Liqadan I Liqaya yuvarlanan klubun maliyyəsini kəsib. Aşağı liqada da işlər yolunda getmir indi.

22 tura 40 xal toplamış komanda turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb və elitaya dönmək şansını minimuma endirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti