I Liqada çıxış edən “Səbail” heyətin yeni qapıçı qatıb.
Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bayıl təmsilçisi Azərbaycan millisinin də formasını geyinmiş Mehdi Cənnətovla 1+1 illik müqavilə imzalayıb.
Rusiyada “Anji”nin yetirməsi olan 34 yaşlı qolkiper ölkəmizdə “Sumqayıt” və “Zirə”də çıxış edib. Cənnətov həmçinin yığmamızın heyətində 5 oyuna çıxıb.

