Yeni sponsorun gəlişindən sonra “Səbail”də canlanma müşahidə olunur.
Baş məşqçi postuna Elnur Abdullayevi gətirən “dənizçilər” I Liqanın transfer bombasını partladıb,
Ölkəmizə gəldiyi gündən yalnız Premyer Liqa klublarının şərəfini qoruyan, Azərbaycan millisinin sabiq üzvü Mehdi Cənnatov Bayıl təmsilçisinin ilk transferi olub.
Liqada çempionluğu hədəfləyən “Səbail”in növbəti transferləri də təcrübəli və tanınmışlar olacaq.
Bayıllılar ötən mövsümü “Mingəçevir”də keçirmiş iki nəfərlə anlaşma əldə edib.
Söhbət Bahadur Həziyevlə Kənan Quliyevdən gedir.
Hər iki futbolçu “Səbail”in sərfəli maliyyə təklifinə razılıq verib. Transferlər yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
HƏBİB / SPORTİNFO.AZ

