Azərbaycanda klub holdinqin himayəsinə keçmədi

09:50 Səbail 616
Azərbaycanda klub holdinqin himayəsinə keçmədi

«Səbail» və «Aztürk Holdinq»in rəhbərlikləri arasında 1 aydan artıq davam edən danışıqlar yekunlaşıb.

Tərəflər arasında anlaşma baş tutmayıb. I Liqada mövsümü üçüncü pillədə bitirən «dənizçilər» tərəfdaşlığın reallaşması üçün hər cür fədakarlığa hazır olsa da, şirkət eyni münasibəti göstərməyib.

Holdinqin sahibi Güləli Bağırov klubun mövcud borclarının bir hissəsini bağlamaqdan imtina edib.

O, yalnız təsisçilik payını rəsmən alandan sonra bu işə qol qoyacağını bildirib, inamsızlıq nümayiş etdirib.

İş adamı Bayıl təmsilçisinin üzləşdiyi çətinliklərin ona aidiyyatının olmadığını söyləyib, «sənədləri adıma keçirin, mən də nəsə eləyim» deyib.

Bununla belə, «Səbail» yönətimi ruhdan düşməyib. Əllərini yana salmayaraq, alternativ variantları nəzərdən keçirməyə başlayıblar.

Sevindirici haldır ki, klubu himayəsinə götürmək istəyən başqa sponsorlar var. Bu da düşünməyə əsas verir ki, «Səbail» fəaliyyətini dayandırmayacaq, I Liqada varlıq göstərəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti