"Səbail" satıldıqdan sonra həm klubun icraçı direktoru Firuz Abdulla, həm də idman direktoru Zamiq Hüseynov bu klubdan ayrılıb.
Köhnə komandadan yalnız mətbuat katibi Rəşad Məmmədov işini davam etdirir.
Uzun illər AFFA-da Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışan, daha sonra "Səbail"də icraçı direktor postunu tutan Firuz Abdullanın gələcək planlarıyla maraalandıq.
Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən Firuz bəy hal-hazırda "Səbail"lə bağlı işlərlə məşğul olduğunu dedi:
"Düzü, hələ ki sənədləşmə işləri ilə məşğulam. Klubun yeni himayədarlarının adına keçməsi üçün müəyyən hüquqi prosedurlar davam etdirilir.
Bu işlər tam olaraq bitəndən sonra gələcək planlarımla bağlı düşünməyə başlayacağam".

